ABŞ Senatında “Məhsa qanunu”na baxılacaq
“İran hökuməti terrorizmə himayədar dövlət kimi öz xalqına, habelə saysız-hesabsız başqa ölkələrə qarşı aktiv fəaliyyət göstərib və onun hərəkətləri təxribata səbəb olub. ABŞ vətəndaşlarına qarşı repressiyalarda fəal iştirak edən İran hökumətinin yüksək vəzifəli məmurlarına qarşı iqtisadi təzyiqlər yenidən qiymətləndirilməli və gücləndirilməlidir”, - Rubio deyib.
Onun demokrat həmkarı da İran hökumətinin əməllərin qarşı sərt tədbirlərin görülməsi zərurətini vurğulayıb.
“Məhsa Əmininin vəhşicəsinə öldürülməsindən sonra iranlılar qeyri-adi cəsarətlə İran hökumətinə etirazlarını nümayiş etdirdilər. Biz də bu etirazların zorakılıqla yatırılmasına və hökumətin davam repressiyasına, senzurasına, vətəndaşlara qarşı sui-istifadəsinə görə İran liderlərini məsuliyyətə cəlb olunması üçün üzərimizə düşəni etməliyik”, - Senator Aleks Padilla bildirib.
Bu plan ABŞ hökumətindən hər 90 gündən bir Konqresə İranda insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan İbrahim Rəisi və onunla əlaqəli idarə və qurumlar haqqında hesabat təqdim etmək tələbini qoyur.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr komitəsi aprelin 26-da “Məhsa qanunu” layihəsini təsdiqləyib.
AzVision.az