2050-ci ilə qədər bir milyarddan çox insan diabetdən əziyyət çəkəcək

   2050-ci ilə qədər bir milyarddan çox insan diabetdən əziyyət çəkəcək
  22 İyul 2023    Oxunub:1198
Yaxın üç onillikdə dünyada şəkərli diabetin yayılması əhəmiyyətli dərəcədə artacaq və 2050-ci ilə qədər təxminən 1,3 milyard insan bu xəstəliklə yaşayacaq.
AzVision.az xəbər verir ki, bu barədə "The Lancet"də dərc edilmiş diabetin qlobal yükü ilə bağlı dərc edilmiş bir araşdırmada qeyd edilib.

Araşdırmaya görə, 2050-ci ilə qədər bütün dünya ölkələrində şəkərli diabet xəstəliyinin kəskin artması gözlənilir. Bundan xüsusilə Şimali Afrika, Yaxın Şərq və Sakit okean adaları regionları təsirlənəcək. Mövcud tendensiyalar davam edərsə, hər beş nəfərdən biri diabetdən əziyyət çəkə bilər. Üstəlik, bu bölgələrdə yaşlı insanlar arasında diabetin yayılmasının daha da yüksək olacağı gözlənilir.

Yeni diabet hadisələrinin əksəriyyətinin növbəti onilliklərdə 2-ci tip diabet olacağı proqnozlaşdırılır. Bu artımı şərtləndirən əsas amillər əhalinin qocalması və piylənmə hallarının artmasıdır. 2021-ci ildə piylənmə 2-ci tip diabet üçün ən əhəmiyyətli risk faktoruna çevriləcək və xəstəliklə bağlı əlillik və ölümün yarısından çoxunu təşkil edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti