Tehran: İsveçin yeni səfirini qəbul etməyəcəyik
“İsveç səfirinin Tehrandakı missiyası başa çatıb və İbrahim Rəisinin əmrinə əsasən, İsveç hökuməti ciddi addım atana qədər yaxın günlərdə Tehrana gəlməsi planlaşdırılan yeni İsveç səfirini qəbul etməyəcəyik. Həmçinin İranın yeni səfiri də İsveçə göndərilməyəcək. İsveç Xarici İşlər naziri ilə telefonla danışındığında ona dedim ki, siz iki milyard müsəlmanın ictimai rəyinə etinasız qala bilməzsiniz. İsveç Xarici İşlər nazirliyinin bəyanatı yetərli deyil və cinayəti törədən şəxs tutularaq mühakimə olunmalıdır”, - Abdullahiyan deyib.
İsveç hökumətinin icazəsindən sonra Qurban bayramının ilk günündə Stokholm mərkəzi məscidi qarşısında Quran yandıran iraqlı mühacir Selvan Momika, cümə axşamı ikinci dəfə İraqın Stokholmdakı səfirliyi qarşısında Quranı yandırıb.
İkinci vandallıqdan sonra İranın Xarici İşlər Nazirliyi ötən gün İsveçin Tehrandakı səfirini
“Qurani-Kərimə hörmətsizlik”in təkrarına etiraz olaraq yenidən çağırıb. İsveçdə Quranın yandırılmasına etiraz edən yüzlərlə nümayişçi cümə günü bu ölkənin Tehrandakı səfirliyi qarşısında toplaşıb.
AzVision.az