Həbsdə olan “dördüncü amerikalı” İran-ABŞ danışıqlarını dalana dirəyib
“Bu Amerika vətəndaşının həbsi iki ölkə arasında Qərbdə saxlanılan iranlıların amerikalılarla mübadiləsi ilə bağlı intensiv danışıqların mərkəzi hissəsidir. Amerika vətəndaşının İranda həbsi Bayden administrasiyasının İrandakı amerikalı məhbusları azad etmək və Tehranla gərginliyi azaltmaq səylərini mürəkkəbləşdirib”, - Semaphore yazıb.
Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bu yaxınlarda verdiyi müsahibələrindən birində İranda dördüncü amerikalı məhbusun olduğunu etiraf etsə də, onun komliyi barədə məlumat verməyib. çəkməyib.
- ABŞ hökuməti İranda haqsız yerə həbs edilən dörd amerikalını azad etmək üçün ilk gündən çox çalışıb. Bu baxımdan bizim İranla dolayı əlaqəmiz olub, lakin bu nöqtəyə qədər heç bir anlaşma əldə olunmayıb və bu istiqamətdə işlər davam edir", - Sallivan vurğulayıb.
Xeyli vaxtdır ki, İran hökuməti ikili vətəndaşlığı olan amerikalı məhbusların ABŞ-a qaytarılacağını nəzərdə tutan “məhbus mübadiləsi” sazişini həyata keçirməyə prinsip etibarı ilə hazır olduğunu bəyan edib. Lakin bunun üçün Tehranın qoyduğu şərtlər, Amerika rəsmilərinin fikrincə, anlaşmanın yekunlaşmasına mane olub.
Ümumiyyətlə isə, İran xarici vətəndaşları “girov götürməklə” öz tələblərini yerinə yetirmək üçün müxtəlif hökumətlərə təzyiq göstərməkdə ittiham olunur.
AzVision.az