Avropa Ukrayna üçün 20 milyard avroluq fond yaradırır
Qəzetin qeyd etdiyi kimi, “Avropa İttifaqı növbəti dörd il ərzində Ukrayna silahlı qüvvələrinin 20 milyard avro həcmində təchizatını dəstəkləmək üçün məqsəd fondunun yaradılmasını təklif edəcək”. Bu yardım planı Avropa Komissiyasının dörd il müddətinə təklif etdiyi 50 milyard avroluq büdcə yardım paketini tamamlamaqdan ibarətdir və Avropa Komissiyası artıq Aİ ölkələrini qurumun büdcəsinə əlavə töhfələr verməyə çağırıb.
Nəşr bildirib ki, bu 20 milyard avro Aİ ölkələrinin Kiyev üçün silah, sursat və hərbi texnika üçün ehtiyat hissələrinin alınması, habelə Ukrayna Silahlı Qüvvələri üçün kadr hazırlığı xərclərinin qismən ödənilməsinə yönəldiləcək.
AzVision.az
Teqlər: