Çin hərbi potensialını sürətlə artırır

   Çin hərbi potensialını sürətlə artırır
  19 İyul 2023    Oxunub:980
Çinin hərbi potensialı misli görünməmiş sürətlə artır.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığının rəhbəri admiral Con Akvilino Aspen İnstitutunun (Denver, ABŞ) təşkil etdiyi təhlükəsizlik forumunda deyib.

“Biz sürət və miqyas baxımından analoqu olmayan hərbi güclənmənin şahidi oluruq. Biz təkcə hipersəs raketlərindən deyil, bütün imkanlardan danışırıq: dənizdə, havada, kosmosda”, - Çinin hipersəs silahları sahəsindəki inkişafı ilə bağlı bir suala hərbçi cavab verib.

AzVision.az


Teqlər:





Xəbər lenti