Çin-Britaniya konstruktor bürosu AT Design Office üzən ada-şəhərin layihəsini hazırlayıb. Çin hökumətinin ciddi yanaşdığı bu layihə `Floating City` adlanır və həm suyun üstündə, həm də altında yerləşir.
10 kvadrat kilometr sahəsi olan şəhərdə yaşayış evləri, əyləncə və kommersiya obyektləri olacaq. Floating City Sakit Okeanın ortasında yerləşəcək. Orada parklar, çəmənliklər də salınacaq, heyvandarlıq inkişaf etdiriləcək.