Kiyevə kənd təsərrüfatına dəstək üçün 250 milyon dollar ayrıldı

Kiyevə kənd təsərrüfatına dəstək üçün  250 milyon dollar ayrıldı
  18 İyul 2023    Oxunub:702
ABŞ kənd təsərrüfatı sektorunu dəstəkləmək üçün Ukraynaya daha 250 milyon dollar ayırmağa qərar verib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) məlumat yayıb.

“Əlavə 250 milyon dollarla USAID Ukraynada suvarma sistemləri, taxıl elevatorları, yük daşıma məntəqələri, liman və sərhəd infrastrukturu kimi mühüm kənd təsərrüfatı infrastrukturunu genişləndirməyə davam edəcək”, - sənəddə deyilir.

Qeyd edilir ki, bu vəsait həm də kiçik və orta biznesin dəstəklənməsinə yönəldiləcək.

AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti