Sel və torpaq sürüşməsi 44 can aldı

Sel və torpaq sürüşməsi    44 can aldı
  18 İyul 2023    Oxunub:877
Cənubi Koreyada intensiv yağışlar nəticəsində yaranan sel və torpaq sürüşməsində ölənlərin sayı 44 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Milli Xilasetmə Xidmətindən bildirilib.

Cənubi Koreyanın cənubunda yerləşən Könsan-Pukto əyalətinin itkin düşmüş sayılan 3 sakinin meyitləri aşkarlanıb.

Məlumata görə, təbii fəlakət bölgələrindən təxliyə olunan 5 600 nəfər müvəqqəti olaraq 15 şəhərdə yerləşdirilib.

Əkin üçün yararlı 316 ha sahə su altında qalıb. 39 tarixi abidəyə ziyan dəyib.

AzVision.az



Teqlər: Sel  





Xəbər lenti