Rusiyada həmyerlilərimizə görə 2 nəfər həbs edildi

Rusiyada həmyerlilərimizə görə 2 nəfər həbs edildi
  04 İyun 2014    Oxunub:967
Tümendə azərbaycanlılara məxsus “Bakı” restoranında başlayan mübahisənin sonradan iki nəfərin ölümü ilə nəticələnməsindən sonra xəstəxananın içində davada iştirak edənlərədn 2-si tutulub.
AzVision.az anspress-ə istinadən xəbər verir ki, saxlanılan 22 və 27 yaşlı şəxslər xəstəxananın içində davada iştirak edən şəxslərdir. Onlara qarşı “xuliqanlıq” və “hökümət nümayəndəsinə güc tətbiqi”nə görə cinayət işi açılıb.

Xatırladaq ki, Rusiyanın Tümen vilayətində kafedə düşən dava nəticəsində iki yaralı 2 nömrəli vilayət xəstəxanasına aparılıb. Tanışlarından birinin maşını ilə xəstəxanaya çatdırılan birinci yaralı - Azərbaycan vətəndaşı Ataş Qurbanov xəstəxananın qəbul şöbəsində keçinib.


Teqlər:  





Xəbər lenti