Ukraynanın Cənub-Şərqi “Şəhid” PUA-larının hücumuna mərz qalıb
Odessa limanında, habelə Nikolayev, Donetsk, Xarkov və Dnepropetrovsk şəhərlərində İran istehsalı olan 31 PUA, 6 qanadlı raket və Rusiyanın istehsal etdiyi 1 PUA məhv edilib.
Tehran uzun müddət Ukraynanı hədəfə almaq üçün Rusiyaya PUA-lar göndərdiyini inkar etsə də, Qərb institutlarının sübutları qarşılığında ötən ilin noyabrında İranın Xarici İşlər naziri Abdullahiyan bunu etiraf etmək məcburiyyətində qaldı. Lakin, bunun la belə, Abdullahiyan həmin PUA-ların “məhdud sayda və Ukrayna müharibəsindən əvvəl” Rusiyaya çatdırıldığını iddia edib.
İranı “yalan danışmaqda” suçlandıran Ukrayna isə yüzlərlə İran PUA-sı vurduğunu bildirib.
Ötən aylarda, xüsusən də Rusiyanın İran-BƏƏ əmlak mübahisəsi faylının beynəlxalq forumlara göndərilməsini dəstəkləməsindən sonra İran cımiyyətində Rusiya ordusuna çoxlu sayda PUA-lar göndərməsi ilə bağlı rəsmi Tehrana qarşı tənqidlər güclənib.
AzVision.az