İranda tələbə fəala 6 illik həbs cəzası kəsildi
“İnqilab Məhkəməsinin 28-ci şöbəsinin hökmü bu gün vəkilimə çatdırıldı: ölkənin təhlükəsizliyinə qarşı sövdələşmə ittihamı ilə 5 il həbs və rejim əleyhinə təbliğat ittihamı ilə 1 il həbs cəzası. Bu cəzalardan əlavə, kiberməkanda 2 illik qadağa, Tehranda qalmağıma 2 il qadağa və 2 il ölkədən çıxış qadağsı da var.Bunlar sadəcə son bir neçə ilin yazıları və məzmunu ilə bağlı idi”, - tələbə fəalı yazıb.
Məcid Təvəkküli müstəqil fəaliyyətdə israrlı olduğu üçün işdə kollektiv fəaliyyət və ya düşmən hakimiyyət və opponentlərlə əlaqəyə dair heç bir sübut olmadığını bildirib. Onun yazılarında heç bir cümlə cinayət nümunəsi sayılmayıb və bunun ümumilikdə təbliğat xarakterli fəaliyyət olduğu vurğulanıb.
Məhz buna görə də, bir müddət əvvəl İran İnsan Haqları təşkilatı elan etmişdi ki, bir çox fəalların, o cümlədən Məcid Təvəkkülinin indiki etirazlarda iştirak etmədən belə, qeyri-qanuni əməl olan “profilaktik həbs”lə üzləşdiklərini açıqlayıb.
AzVision.az