ABŞ səfirliyi: "Tibbi marixuana ilə Ermənistana getməyin"
"Tibbi marixuana, CBD (cannabidiol) və digər THC (tetrahidrokannabinol) məhsulları Ermənistan qanunları ilə qadağandır. Sərnişinlər adətən narkotik saxladıqlarına görə ölkəyə buraxılmır və ya hüquqi problemlərlə üzləşirlər", - səfirliyin sosial media hesabında yazılıb.
Diplomatik nümayəndəlik Ermənistana daxil olarkən yerli qanunlarla tanış olmağı tövsiyə edib.
Tural Tağıyev
AzVision.az