Azərbaycanlı avtoritet ABŞ-a ekstradisiya olunacaq

   Azərbaycanlı avtoritet ABŞ-a ekstradisiya olunacaq
  18 İyul 2023    Oxunub:839
Çexiyanın ədliyyə naziri Pavel Blazek ölkədə saxlanılan azərbaycanlı cinayətkar, Gürcüstan vətəndaşı Polad Ömərovun ABŞ-a ekstradisiya edilməsi haqqında əmr imzalayıb.
AzVision.az xəbər verir ki, bu barədə “Pravo” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, yaxın bir neçə gün ərzində Ömərovun ekstradisiyası prosesi həyata keçirilməlidir. Beynəlxalq order əsasında o, yanvar ayında Çexiyada saxlanılıb. Onun həbsindən az sonra məlum olub ki, ABŞ prokurorları Şərqi Avropadan olan və İran hakimiyyəti ilə əlaqəli olan üç kriminal avtoriteti ABŞ-da yaşayan iranlı jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejadın qətlini planlaşdırmaqda ittiham edib.

Praqa şəhər məhkəməsi mayın sonunda Ömərovun ABŞ-a, o cümlədən Gürcüstan və Qazaxıstana ekstradisiya oluna biləcəyinə dair qərar çıxarıb. ABŞ cinayət məsuliyyətinə cəlb olunmaq üçün onun Çexiyadan ekstradisiyasını tələb edib. Çexiya mediası bir müddət əvvəl Ömərovun Rusiya və Ukraynadakı azərbaycanlı icmalarına terror törədən mütəşəkkil cinayətkar qrupa rəhbərlik etdiyini yazıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti