Krım hücumu rus logistikasına ağır zərbə oldu - Müharibə Araşdırmaları İnstitutu

   Krım hücumu rus logistikasına ağır zərbə oldu    - Müharibə Araşdırmaları İnstitutu
  18 İyul 2023    Oxunub:1108
"Krım körpüsünə olan və nəqliyyatın hərəkətini dayandıran hücum Ukraynanın cənubunda Rusiyanın logistikasını çətinləşdirəcək".
Bu fikirlər Müharibə Araşdırmaları İnstitutunun (İSW) dərc etdiyi hesabatdandır.

Rusiya: Krıma 28 PUA ilə hücum olub
Qeyd edilir ki, video çəkilişlərə əsasən, Kerç boğazı üzərindəki körpünün bir hissəsi uçduğu, digər bölümün isə zədələndiyi aşkar görünür. Amma Rusiya Nəqliyyat Nazirliyi iddia edib ki, məlum zərbələr dəmir yolu xəttinə və ya avtomobil körpüsünün dirəklərinə ziyan vurmayıb. Nəticədə partlayışlardan bir neçə saat sonra Kerç körpüsü ilə dəmir yolunun hərəkəti bərpa edilib. Rusiyanın aidiyyəti orqanları işğal altındakı Krımdan Ukraynanın işğalda olan cənub bölgələri vasitəsilə Rusiyaya mülki nəqliyyat vasitələrini yönləndirib. Əks fikirlər də var. Məsələn, bəzi Rusiya mənbələri iddia edirlər ki, Krımın Cankoy rayonu və işğal olunmuş Xerson vilayətində Melitopol istiqamətində əhəmiyyətli tıxaclar olub.

"Rusiya hökumətinin cəmiyyəti hərbi vəziyyətə salmaqda davam edən uğursuzluğu Moskvanını logistikasına əhəmiyyətli təsir göstərəcək. Çünki Rusiyadan işğal olunmuş Krıma turizm axını və Kiyevin əks-hücumları fonunda Moskvanın Ukraynanın cənubuna gedən logistikası bloklanır", - hesabatda deyilir.

İşğal olunmuş Krımdan qaçan rusiyalı turistlərin də Zaporojye və Xerson vilayətlərinin arxa bölgələrinə gediş-gəlişi, logistikanı çətinləşdirdiyi qeyd edilir. Moskva hətta mülki şəxslərdən təcili olaraq nəqliyyat problemlərini azaltmaq üçün alternativ qaçış yollarını nəzərdən keçirməyi xahiş edib.

“Bununla belə Rusiya, işğalçı rəsmilər Krımı turizm məkanı kimi reklam etməyə davam edirlər. Onlar rus mülki əhalini döyüş bölgəsindən uzaq durmağı tövsiyə etməkdənsə, onları ərazidən keçməyə çağırırlar... Prezident Vladimir Putin isə hətta Kerç boğazından turistlərin daşınması üçün Rusiya hərbi vasitələrindən istifadə etməyi əmr edib”, - analitiklər yazıblar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Krım   Hücum   Rusiya   Ukrayna   İşğal  





Xəbər lenti