Yaponiyada 4 minə yaxın şəxsi gün vurub

   Yaponiyada 4 minə yaxın şəxsi  gün vurub
  18 İyul 2023    Oxunub:1003
İyulun 3-dən 9-dək Yaponiyada ən azı 3 964 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib, bu da keçən həftə ilə müqayisədə 737 nəfər çoxdur.
Bu barədə ölkənin inzibati işlər və kommunikasiyalar naziri Takeaki Matsumoto Tokioda mətbuat konfransında bildirib. Onun sözlərinə görə, günvurmadan zərərçəkənlərin əksəriyyəti yaşlı insanlardır.

Yaponiyada ən isti hava adətən iyul və avqust aylarında olur. Son günlər ölkənin bir çox bölgələrində 35 dərəcədən yuxarı temperatur qeydə alınıb.
Əhaliyə ciddi ehtiyac yaranmadığı təqdirdə küçəyə çıxmamaq, kondisionerlərin işlədiyi qapalı yerlərdə qalmaq, çoxlu su içmək tövsiyə olunur. Eyni zamanda, məcburi şəkildə küçəyə çıxanlara baş geyimindən, Günəşdən qoruyan çətirlərdən istifadə etmək təklif edilir.


AzVision.az


Teqlər:





Xəbər lenti