AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. “Belaruska Gayun” monitorinq qrupunun
məlumatına görə, hərbi "karvan"da müxtəlif modifikasiyalı ən azı 20 avtomobil olub: “UAZ Patriot”lar, pikaplar, "buxanka" adlanan avtomobillər, tikinti texnikaları, avtobuslar, yük maşınları gözə dəyib. Maraqlıdır ki, avtomobillər Rusiya Federasiyasının bayraqları və “Vaqner”in loqoları ilə hərəkət edir".
Dəqiqləşdirilmiş məlumatlara görə, bu, iyulun 11-dən Belarusa daxil olan muzdluların ən azı 3-cü böyük karvanıdır.
"Görünür, əvvəlki günlərdə olduğu kimi bu kalon da Tselya kəndindəki səhra düşərgəsində məskunlaşacaq", - nəşr yazıb.
The New York Times isə 14 və 16 iyul tarixlərində "MAXAR" tərəfindən çəkilmiş peyk şəkillərini yayıb. Görüntülərdə Osipoviç yaxınlığındakı Tselya kəndində qurulmuş çadır düşərgəsinin genişlənməsi əks olunub. Müəllif iyulun 16-da çəkilən şəkilə istinad edərək yazır ki, indi bu görüntülər aktivliyi, aydın şəkildə muzdluların artımını göstərir. Ən azı 5 yük maşını var, avtobuslar, konteynerlər, həmçinin çadırların yanında dayanan pikaplar və UAZ-ların sayı artıb. Bundan əlavə, nəşr yeni fotolarda kiçik bir qrup və yeni avtomobil də qeydə alıblar.
Xatırladaq ki, "Vaqner"in ilk böyük hərbi kalonu iyunun 15-də Belarusa gəlib. Yayılan videoda Belarus yol polisinin müşayiəti ilə ən azı 60 avtomobil qeydə alınmışdı.
İyulun 16-da isə "Vaqner" daha bir avtomobil karvanının Belarusa getməsi barədə məlumatlar yayıldı. Avtomobillərin qonşu ölkəyə doğru istiqamət almasını əks etdirən görünütülər Rusiya Federasiyasının Lipetsk vilayətində qeydə alınıb.
Bundan başqa, Belarus Müdafiə Nazirliyi "Vaqner”in artıq yerli hərbçilərə təlim keçməsi barədə
məlumat da yaymışdı.
Tural Tağıyev
AzVision.az