Finlandiyada müflis olan şirkətlərin sayı kəskin artıb

Finlandiyada müflis olan şirkətlərin sayı kəskin artıb
  18 İyul 2023    Oxunub:866
2023-cü ilin yanvar-iyun ayları arasında Finlandiyada 1325 şirkət müflis olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,3% çoxdur.
Bu barədə “Aamulehti” nəşri yazıb. Qeyd olunub ki, ilin birinci yarısında Finlandiyada 1 325 şirkət müflis olub ki, bu da son 10 ilin rekord göstəricisidir.

Statistikaya görə, yanvar-may ayları arasında Finlandiyada 1393 iflas hadisəsi qeydə alınıb. Ancaq onlardan bəzilərinin ərizələri rədd edilib. Ən çox tikinti və ticarət sahəsində olan firmalar müflis olub.

Nəşr onu da əlavə edib ki, artıq 2023-cü ilin birinci rübündə Avropada müflis olmuş firmaların sayı 2022-ci ilin dördüncü rübü ilə müqayisədə 2,8% artıb.


AzVision.az


Teqlər:





Xəbər lenti