Ərdoğan Körfəz turuna çıxır, liderlərə maşın hədiyyə edəcək

   Ərdoğan Körfəz turuna çıxır,    liderlərə maşın hədiyyə edəcək
  17 İyul 2023    Oxunub:911
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üç ölkəni əhatə edəcək körfəz turuna çıxır.
İlk dayanacaq Səudiyyə Ərəbistanı olacaq. Səudiyyə Ərəbistanından sonra Qətər və Birləşmiş Ərəb Əmirliklərinə gedəcək. Prezidentlə birlikdə təxminən iki yüz iş adamı da Körfəz ölkələrinə yollanacaq.

Səfər çərçivəsində keçiriləcək biznes forumlarında qarşılıqlı və üçüncü ölkələrdə qoyulacaq investisiyalar müzakirə olunacaq. Bundan əlavə, Körfəz ölkələrinin zəlzələ bölgələrinə yardımları da müzakirə mövzuları arasında olacaq. Həmçinin regionda normallaşma addımları, Misir və Suriya ilə münasibətlər təbii ki, bu səfərlərin gündəmində olacaq.

Prezidentin səfərindən bir qədər əvvəl vitse-prezident Cevdet Yılmaz və xəzinə və maliyyə naziri Mehmet Şimşək körfəz ölkələrinə gedərək hazırlıq ziyarətləri ediblər.

Bu səfərlər zamanı Ərdoğan hər üç ölkənin liderinə jest edərək hər birinə TOGG maşını hədiyyə edəcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti