17 kilo ariqlayıb sirroz oldu - FOTO

   17 kilo ariqlayıb sirroz oldu -    FOTO
  17 İyul 2023    Oxunub:983
Yeni layihəsi üçün 5-6 kilo arıqlamaq istəyən və Hollivud pəhrizi ilə 17 kilo çəki itirən məşhur aktyor Ufuk Özkan indi sağlamlıq problemləri yaşayır. İmmun sistemi zəifləyən sənətçi hazırda sirrozdan əziyyət çəkir.
Sosial media hesabında şəklini paylaşan və səhhəti ilə bağlı məlumat verən U.Özkan onu sevənlərə bildirib ki, müayinə və analizlərin nəticələri ilə bağlı daima onları məlumatlandıracaq.

"Bu mənim son halımdır, yazan, zəng edən hər kəslə bölüşmək istədim. Narahat olmayın, qapıdan uzaqlaşmayacağam, yaxşı ki, varsınız…”,- sənətçi yazıb.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti