İran məktəblərində ingilis dili məcburi qaydada tədris olunmayacaq
- Şagirdlər birinci və ikinci orta təhsil müddətində xarici dil öyrənməlidirlər, lakin bu dil mütləq ingilis dili deyil. İranlı şagirdlər ingilis dili əvəzinə fransız, alman, italyan, rus, çin və ispan dillərini, əlavə olaraq ərəb dillərini də seçə bilərlər. Orta məktəbin birinci və ikinci siniflərində “Quran dili kimi” ərəb təhsili məcburidir. Nazirliyin Ali şurasının yeni qərarına əsasən, şagirdlər ərəb dilli insanlarla ünsiyyət qurmaq və söhbətə daha çox yiyələnmək məqsədi ilə icbari ərəb dili tədrisi ilə yanaşı, fakultativ ərəb dili kurslarından da yararlana bilərlər”, - Rəmzani deyib.
Bununla yanaşı, ingilis dili İranın 6 illik ibtidai məktəbi üçün rəsmi tədris proqramına salınmır. Son illərdə isə bəzi dövlət məmurları İranda ingilis dili əvəzinə rus, çin və alman dillərinin tədris olunmasını təklif edirlər.
AzVision.az