Rusiya "İskəndər" istehsalını xeyli artırıb

Rusiya  "İskəndər"  istehsalını xeyli artırıb
  17 İyul 2023    Oxunub:996
Rusiyanın Avtomatika və Hidravlika üzrə Mərkəzi Elmi-Tədqiqat İnstitutu (Rostex-in Yüksək Dəqiqlik Kompleksləri holdinqinə daxildir-red.) əməliyyat-taktiki raket sistemləri üçün komponentlərin istehsalını əhəmiyyətli dərəcədə artırıb.
AzVision.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Rusiya Belarusa “İsgəndər” verdi
“İnstitut ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyat-taktiki və taktiki raket sistemləri üçün məhsulların istehsalını bir neçə dəfə artırıb”, - məlumatda deyilir.

Nəşr yazır ki, bu gün əsasən "İskəndər" raketləri Rusiya ordusunun xidmətinə verilir.

"İskəndər-M"-lər əsasən 500 kilometrə qədər məsafələrdə düşmənin hədəflərini - raket sistemlərini, uzaqmənzilli artilleriya qurğularını, aerodromları, təyyarə və helikopterləri, komanda məntəqələrini vurmaq üçün nəzərdə tutulub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İskəndər   Rusiya  





Xəbər lenti