KİV: Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini artıra bilər

      KİV:    Türkiyə Mərkəzi Bankı  uçot dərəcəsini artıra bilər
  17 İyul 2023    Oxunub:1226
İyulun 20-də keçiriləcək iclasdan sonra Türkiyə Mərkəzi Bankı uçot dərəcəsinin 16,5%-17%-ə qədər artırılmasını elan edə bilər.
Bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb. Məqalədə deyilib ki, ölkənin Mərkəzi Bankı faiz dərəcələrini sürətlə artırmaqla, cəmiyyətin bəzi təbəqələrini və Türkiyənin işgüzar dairələrini çətin vəziyyətə salmaq istəmir.

Artan faiz dərəcələri investisiya üçün ən böyük maneələrdən birinə çevrilir. Və gözlənilməz hadisələr olmasa, faiz dərəcəsi təxminən 16,5-17% ola bilər.

“Amma unutmaq olmaz ki, Pul Siyasəti Komitəsi hər ay öz iclaslarını keçirir və o, ilk növbədə iqtisadiyyatda vəziyyətin inkişafını və qərarların qəbulunun nəticələrini göstərən bütün məlumatları nəzərdən keçirir”.

AzVision.az


Teqlər:





Xəbər lenti