17 günə 69 nəfər dənizdə batıb

17 günə    69 nəfər    dənizdə batıb
  17 İyul 2023    Oxunub:1109
İyul ayında Yunanıstanda 69 nəfər suda batıb.
AzVision.az xəbər verirki, bu barədə Yunanıstanın ERT telekanalı məlumat yayıb.

"Sahil Mühafizəsinin məlumatına görə, iyulun ilk 10 günündə 40 suda boğulma hadisəsi qeydə alınıb. İyulun 11-dən iyulun 16-dək daha 29 hadisə baş verib və ölənlərin ümumi sayı artaraq 69-a çatıb”, - hesabatda deyilir.

Qeyd olunur ki, əksər hallarda yaşlı insanlar suda boğulurlar. Xilasedicilər isə dəfələrlə xəbərdarlıq edirlər ki, onlar dənizə müşayiətsiz girməməli və sahildən uzaqlaşmamalıdırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər: Yunanıstan  





Xəbər lenti