Antalyada havanın temperaturu 46 dərəcəyə çatıb

   Antalyada havanın temperaturu 46 dərəcəyə çatıb
  16 İyul 2023    Oxunub:1096
Türkiyədə kəskin istilər Antalyaya da təsir edib.
Belə ki, bölgədə havanın temperaturu müsbət 46 dərəcəyə çatıb.

Kəskin istilər həm şəhər sakinləri, həm də turistlərə çətin anlar yaşayıb.

Xüsusilə izdihamlı görünüşü ilə diqqət çəkən Konyaaltı çimərliyində sıxlığın az olduğu müşahidə edilib.

Bazar ertəsi də bölgədə havanın temperaturunun 40 dərəcədən yuxarı olacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti