ABŞ və Niderland Çindəki çip istehsalçılarına yeni qadağalar qoyacaq
ASML müasir prosessorlarda ən nazik çipləri hazırlamaq üçün istifadə edilən litoqrafiya skanerlərinin aparıcı istehsalçısıdır.
Niderlandın qarşıdan gələn yeni ixrac nəzarəti qaydaları ASML-yə standart olaraq Çində öz avadanlıqlarını təmir etməyi və sazlamağı qadağan edəcək. Çində fəaliyyətini davam etdirmək üçün şirkət hökumətdən xüsusi lisenziya almalıdır. Yeni qayda 2023-cü ilin sentyabrında qüvvəyə minəcək.
AzVision.az