İranda tibb bacıları çatışmır
İranın səhiyyə sistemi son illərdə, xüsusən də COVİD-19 pandemiyasından sonra işçi qüvvəsi böhranı ilə üzləşib. Hərçənd, bu problem hələ COVİD-19 pandemiyasından əvvəl də mövcud idi və 2018-ci ilin noyabrında parlamentin Səhiyyə komissiyasının üzvü İranda 100 minə yaxın tibb bacısının çatışmazlığı ilə bağlı statistika təqdim etmişdi.
Bundan 3 il sonra, ölkədə koronavirus pandemiyası zamanı Tibb bacıları sistemi təşkilatının Ali şurasının üzvü Yusuf Rəhimi tibb bacılarına xaricdə tələbatın altı dəfə artdığını və ildə bəlkə də 1500-dən çox bu sahənin təmsilçilərinin mühacirətə getdiyini bildirdi.
Son vaxtlar isə problem o dərəcədə şiddətlənib ki, Bəhmən Qocalar evinin baş katibi ötən il ölkədən ayda 200 tibb bacısının miqrasiyası barədə məlumat vermişdi.
AzVision.az