"Aİ uşaq miqrantların ölümünə səssiz qalır" - UNİCEF

   "Aİ uşaq miqrantların ölümünə səssiz qalır" -    UNİCEF
  15 İyul 2023    Oxunub:1645
BMT-nin Uşaq Fondu (UNICEF) bu ilin ilk altı ayında Aralıq Dənizi yolu ilə Avropaya gəlmək istəyən 289 uşağın öldüyünü açıqlayıb.
AzVision.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlama verən UNICEF-in Köçkünlərlə İş Komissiyasının sədri Vera Knaus bu göstəricinin ötən ilin eyni dövrü ilə müqayisədə ikiqat çox olduğunu deyib.

İqlim dəyişikliyi və regional münaqişələrin Afrikanın qərbindən Avropaya doğru gələn miqrantların sayında artım yaratdığını vurğulayan sədr ilin birinci yarısında təxminən 11 min 600 uşağın Aralıq Dənizini keçdiyini qeyd edib.

O, Avropa İttifaqının dənizdə və quruda miqrant uşaqları qorumaq üçün cəhd göstərmədiyini, uşaqların ailələri ilə yenidən bir araya gəlmələri üçün təhlükəsiz, hüquqi, əlçatan yollara ehtiyac duyulduğunu diqqətə çatdırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti