İran hökumətin məcburi hicab "savaşı" səngimir
Vərəmin 2 saylı Cinayət məhkəməsinin 104 saylı bölməsinin rəisi bir qadını “maşında başından hicabı atmaq” ittihamı ilə cərimədən əlavə onu “qüslxanda bir ay müddətinə cəsəd yumağa” məhkum edib.
Bu qadın ifadələrində maşın sürərkən şalın başından düşə biləcəyini desə də, məhkəmə bunu “günah” sayıb və bunun qəsdən olunmadığı iddiasını qəbul etməyib.
Həmçinin Tehran məhkəməsi kinoaktrisa Azadə Səmədinin məcburi hicab taxmaqdan imtina etdiyinə görə rəsmi psixoloji mərkəzlərə məcburi göndərilməsi barədə hökm çıxarıb.
Bu qərarda məhkəməni antisosial şəxsiyyət pozğunluğu adlandırdığı üçün aktrisanın iki həftədən bir rəsmi psixoloji mərkəzlərə müraciət və müalicə müddəti bitəndə sağlamlıq haqqında arayış təqdim etməsi evtiva olunur. Azadə Səmədiyə habelə altı ay müddətinə “birbaşa və ya başqaları vasitəsilə kiberməkanda hər hansı fəaliyyət” qadağan edilib. Hökmün əsas səbəbi kimi aktrisanın teatr direktoru Rza Həddadın dəfn mərasimində məcburi hicaba əməl etmədiyi göstərilib.
AzVision.az