Pentaqon Fars körfəzinə F-16 qırıcıları göndərir

Pentaqon Fars körfəzinə F-16 qırıcıları göndərir
  15 İyul 2023    Oxunub:1013
ABŞ İranın gəmiləri ələ keçirməsi cəhdlərinə qarşı çıxmaq üçün Hörmüz boğazında döyüş təyyarələrindən istifadəni artıracaq.
AzVision.az Pentaqonun yüksək rütbəli rəsmisinin jurnalistlərə müsahibəsinə istinadən bildirir ki, İran, Rusiya və Suriyanın Yaxın Şərqdə artan fəallığından narahat olan Vaşinqton belə addım atmaq məcburiyyətindədir.

“Birləşmiş Ştatlar bir həftədən artıqdır ki, Fars körfəzi bölgəsində patrulluq edən A-10 hücum qırıcılarını gücləndirmək üçün ora F-16 döyüş təyyarələri göndərəcək. F-16 döyüş təyyarələrinin bölgəyə yerləşdirilməsi Hörmüz boğazı və Fars körfəzindən keçən gəmilərin hava örtüyünü təmin etmək məqsədi daşıyır. Bu, eyni zamanda, bölgədə hərbi müşahidə imkanlarını artıracaq və İrana qarşı çəkindirici rolunu oynayacaq. ABŞ Yaxın Şərqdə İran, Rusiya və Suriya arasında əməkdaşlığın artırılmasından getdikcə narahatdır. Vaşinqton Rusiyanın Suriya səmasında artan mövcudluğu ilə məşğul olmaq üçün öz variantlarını nəzərdən keçirir”, - Pentagon rəsmisi deyib.

Qeyd edək ki, daha öncə ABŞ Hərbi Dəniz qüvvələrinin 5-ci donanmasının sözçüsü Tim Havkins, İran qüvvələrinin “beynəlxalq sularda qanuni hərəkət edən” iki kommersiya neft tankerini ələ keçirməyə çalışdığını açıqlamışdı. Bu xəbərə görə, amerikalılar neft tankerinin qəza siqnalına cavab verdikdən sonra İran dəniz qüvvələrinin gəmiləri geri çəkilib və ticarət gəmlərin yoluna davam edib.

ABŞ Hərbi Dəniz qüvvələri İranın son iki ildə beynəlxalq bayraqları olan 20-yə yaxın ticarət gəmisini təqib etdiyini, onlara hücum şəkdiyini və ya ələ keçirdiyiyni, belə hərəkətlərin isə “regionun dəniz təhlükəsizliyinə və qlobal iqtisadiyyata açıq təhdid” olduğunu bildirib.
AzVision.az


Teqlər: Pentaqon   körfəz  





Xəbər lenti