Respublikaçı senatorlar: İranın neft sanksiyalarını sərtləşdirin
“Sanksiyalara baxmayaraq, Çin prezident Baydenin vəzifəyə başlamasından bəri İrandan təxminən 47 milyard dollar dəyərində neft alıb. Tehranın qanunsuz neft ticarəti üçün İranın neft tankerləri donanması 2021-ci ildə 60 gəmidən 338 gəmiyə yüksəlib. Donald Tramp administrasiyasının maksimum sanksiyalarının həyata keçirilməməsi səbəbindən İranın neft gəlirləri 2018-ci ildən bəri ən yüksək həddə çatıb. Tehran bu gəlirdən daxildə dinc etirazları zorakılıqla yatırtmaq, Amerika əsgərləri və diplomatlarına qarşı “terror hücumlarını” maliyyələşdirmək və Rusiyanın Ukraynadakı işğalçılıq müharibəsini qızışdırmaq üçün istifadə edir”, - məktubda deyilir.
Məktubu imzalayan respublikaçı senatorlar Marko Rubio, Cim Beard, Con Barrasso, Lindsi Qrem, Rik Skott, Cerri Moran, Ceyms Lokford və Bill Hagerti Donald Trampın “maksimum təzyiq” siyasətinin “uğurlu olduğunu, lakin, təəssüf ki, Bayden administrasiyasının bunu davam etdirmədiyini” vurğulayıblar.
AzVision.az
Teqlər: senatorlar İran