İranın tələbə fəalları: İraqın Həşd əş-Şəbi qüvvələri “tələbə” deyil
“Biz universitetdə istər döyüş, istərsə də məktəbli geyimində hərbi qüvvələrin olmasını qəbul etmirik və buna müqavimət göstəririk. Bundan əvvəl də qondarma professorların və Bəsic milislərinin qəsb edilmiş stullara söykəndiyini, əllərini Böyük Qardaşın cibinə saldıqlarını görmüşdük. Biz getməliyik ki, onlar gəlsinlər, tələbələri çıxarmaqla, fəaliyyətini dayandırmaqla, sıxışdırmaqla universiteti boşaldıblar, indi isə İraq hərbi qruplarının qüvvələri bizi əvəz edir” , - bəyanatda deyilir.
Ötən həftə Həşd əş-Şəbi (Xalq səfərbərliyi) rəsmisi, Tehran universiteti ilə bu dəstənin üzvlərini “tələbə” və “təhsil” adı ilə bu universitetə göndərmək barədə razılığa gəldiklərini bildirib.
Həşd əş-Şəbinin təhsil və təlim üzrə müavini Hüseyn Musəvi Bəxati Tehrana səfəri zamanı İraqın dost ölkələri öz təhsil xidmətlərini bu quruma təqdim etmək üçün təkliflər verdiklərini, . indi isə bu qrupun başda Tehran universiteti olmaqla İran universitetləri ilə əməkdaşlığa çalışdığını deyib.
AzVision.az