“Taxıl sazişi”nin müddətini uzada bilər
Qeyd edək ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik iyulun 13-də bildirib ki, Ərdoğan taxıl müqaviləsi başa çatana qədər Putinlə telefon danışıqları aparmaq niyyətindədir. Qara Dəniz Taxıl Təşəbbüsünün müddəti iyulun 17-də başa çatır. İyulun 13-də Rusiya Prezidenti bunun “birtərəfli oyun” olduğunu, Rusiyanın maraqları ilə bağlı heç bir şey edilmədiyini bildirib. Putin Rusiyanın taxıl sazişində iştirakını dayandıra biləcəyini təsdiqləyib. Onun sözlərinə görə, bu halda Moskvaya verilən vədlər yerinə yetirilən kimi yenidən sövdələşməyə qoşulacaq.
AzVision.az
Teqlər: