Gürcüstanın Yaponiyadakı səfirinə hücum - VİDEO

   Gürcüstanın Yaponiyadakı səfirinə hücum -    VİDEO
  14 İyul 2023    Oxunub:1367
Yaponiyada Gürcüstan səfiri Teymuraz Lezhava və sürücüsü hücuma məruz qalıb.
Sürücü ilə avtomobildə olan diplomat Tokionun mərkəzində səfirliyin yaxınlığındakı küçələrdən biri ilə hərəkət edib. Elə bu an qabaqdakı maşından düşən bir kişi yüksək səslə qışqırmağa başlayıb, sonra isə sürücünü yaxasından tutaraq minik avtomobilindən çıxarıb. Lezhava baş verənləri telefonla lentə almağa çalışsa da, növbəti dəfə aqressiya ilə üzləşib.

Hadisə zamanı xəsarət alan olmasa da, polis hadisəni araşdırır. Hücum edənin bu hərəkəti hansı səbəbdən törətdiyi barədə məlumat verilmir.



AzVision.az


Teqlər: Yaponiya  





Xəbər lenti