Ermənistanda hərbi hissə komandiri rüşvətə görə həbs olundu

 Ermənistanda hərbi hissə komandiri rüşvətə görə həbs olundu
  14 İyul 2023    Oxunub:1710
Ermənistan Silahlı Qüvvələrinin iqtisadi dayaq bazasının hərbi hissəsinin komandiri 19,5 milyon dram (təxminən 50 min dollar) məbləğində rüşvət aldığı üçün həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb. Bildirilib ki, V. M. toxuculuq fabrikinin direktoru V. E.-nin maraqlarına uyğun qanunsuz hərəkətlərə görə 19,5 milyon dram rüşvət tələb edib və məbləğin bir hissəsini alıb.

Araşdırmaya görə, şirkət 2023-cü ildə Müdafiə Nazirliyinin tədarükçüsü olub və texniki tələblərə cavab verməyən (kiçik ölçülü) 70 min ədəd alt paltarı təhvil verib. “Buna göz yummaq” üçün bölük komandiri anbar rəisi vasitəsilə şirkətdən rüşvət kimi 12 milyon dram tələb edib.

O da məlum olub ki, bu, birinci dəfə deyil. Analoji “xidmətlərə” görə 6,5 milyon və 1 milyon dram məbləğində rüşvət daha əvvəl, 2022-2023-cü illərdə alınıb. Söhbət yenə də kiçik ölçülü alt paltarları və qadın ayaqqabılarının tədarükündən gedir. Hərbi hissə komandirinə pul anbar rəisi vasitəsilə ötürülüb.

İyulun 13-də həmin şəxslər saxlanılaraq ittiham elan ediliblər. Şübhəlilər həbs edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti