Avropa Ukraynaya maliyyə yardımı şərtlərini sərtləşdirəcək

   Avropa Ukraynaya maliyyə yardımı şərtlərini sərtləşdirəcək
  14 İyul 2023    Oxunub:1044
Avropa Komissiyası (AK) 2024-cü ildən Kiyevə maliyyə yardımı göstərilməsi şərtlərini sərtləşdirir.
Bunu Avropa Komissiyasının rəhbərinin müavini Valdis Dombrovskis bildirib. Növbəti dörd il üçün 50 milyard avro məbləğində vəsait yalnız konkret islahatların həyata keçirilməsi və ölkənin yenidən qurulması dövrü üçün investisiya planlarının imzalanması müqabilində ayrılacaq.

Dombrovskis vurğulayıb ki, bu vəsaitin 33 milyard avrosu kredit, 17 milyard avrosu isə qrant şəklində veriləcək: “Kiyev maliyyə almaq üçün Ukraynanın yenidən qurulması planını qəbul etməlidir, bu planda islahatlar və investisiyalar, habelə Ukraynanın Aİ-yə daxil olması üçün zəruri olan islahatlar daxildir”.

Hazırda Ukraynaya 2023-cü il yardım proqramına əsasən, Kiyev Aİ-dən ildə 18 milyard avro və ya ayda 1,5 milyard avro alır.

AzVision.az


Teqlər:





Xəbər lenti