Almaniya Avropa İttifaqını ləğv etməyi düşünür

   Almaniya Avropa İttifaqını ləğv etməyi düşünür
  14 İyul 2023    Oxunub:1267
Almaniyanın ifrat sağçı “Almaniya üçün Alternativ” partiyası (AfD) qarşıdan gələn Avropa seçkilərində öz seçki kampaniyasını Avropa İttifaqının nəzarətli şəkildə dağılması ideyası üzərində qurmağa hazırlaşır.
Siyasi qüvvənin lideri Tino Hrupallanın “Euractiv” portalına verdiyi məlumata görə, birləşmə yalnız iqtisadi zona olmalıdır: “Biz Avropanın yenidən qurulmasını tələb edirik ki, milli dövlətlərin potensialından istifadə edək və şərqə doğru körpünü bərpa edək. Aİ yalnız iqtisadi sahədir və belə də qalmalıdır”.

O, həmçinin əlavə edib ki, Aİ hazırda milli dövləti əvəz edə bilmədən milli səlahiyyətlər verir. Hrupalla vurğulayıb ki, Rusiyaya qarşı sanksiyalar blokun qeyri-legitimliyinin bariz nümunəsidir, çünki onlar vətəndaşların maraqlarına cavab vermir, inflyasiya və tənəzzülün artmasına səbəb olub.

“Aİ-ni maraqlara əsaslanan yeni Avropa iqtisadi icması, Avropa dövlətləri liqası əvəz etməlidir. Qlobal tendensiya bizim xeyrimizə olduğundan təklifin həyata keçirilməsi perspektivləri yaxşıdır”.


AzVision.az


Teqlər:





Xəbər lenti