Polşada terror aktı hazırlayan İŞİD-çi həbs edib

Polşada terror aktı hazırlayan İŞİD-çi həbs edib
  14 İyul 2023    Oxunub:987
Polşanın Daxili Təhlükəsizlik Agentliyinin (ABW) Vroslav şöbəsi ölkə ərazisində “şəhid kəməri”nin köməyi ilə terror aktı təşkil etməyi planlaşdıran İŞİD terror təşkilatının üzvü olan 18 yaşlı gənci saxlayıb.
Gəncin özünü İŞİD üzvü kimi təqdim edən şəxslərlə mütəmadi əlaqə saxladığı qeyd edilir. Təqsirləndirilən şəxs həbs edildikdən sonra təhlükəsizlik qüvvələri onun yaşadığı ünvanda axtarış aparıb və onun “şəhid kəməri” istehsalı üçün məlumat və komponentlər toplaması ilə bağlı sübutlar aşkar edib.

Şübhəli şəxs 2022-ci ilin sonunda İslamı qəbul etmiş 18 yaşlı Polşa sakinidir. Prokuror təqsirləndirilən şəxsə terror aktı törətmək məqsədi daşıyan mütəşəkkil cinayətkar qruplaşmada iştirakda, habelə terror aktı planlaşdırmaqda ittiham edib. Gənci 10 ilə qədər həbs gözləyir.

AzVision.az



Teqlər:





Xəbər lenti