Çində uşaqları zəhərləyən müəllim edam edilib

   Çində uşaqları zəhərləyən müəllim edam edilib
  14 İyul 2023    Oxunub:900
Çinin Henan əyalətinin Tsyaotso məhkəməsi 25 uşağı natrium nitritlə zəhərləyən keçmiş uşaq bağçası müəllimi Vanq Yunun edam edilməsini təsdiqləyib.
Bu barədə “Penqpai” nəşri məlumat yayıb. O, iyulun 13-də edam edilib. 2019-cu ilin mart ayında Tsyaotso uşaq bağçalarından birində kütləvi qida zəhərlənməsi baş verib.

Polis müəyyən edib ki, müəllim Vanq Yun məktəbəqədər uşaqların sıyığına natrium nitrit əlavə edib. Zəhərlənən uşaqlardan biri 10 aylıq müalicədən sonra dünyasını dəyişib.

Cinayətin motivi bağçadakı həmkarı ilə münaqişə olub. Bundan əlavə, müstəntiqlər müəyyən ediblər ki, 2017-ci ildə əri ilə mübahisə edən qadın onun içkisinə natrium nitrit qatıb, nəticədə o, orta dərəcədə zəhərlənib.

AzVision.az


Teqlər:





Xəbər lenti