Beynəlxalq Enerji Agentliyi: İran neft hasilatını artırıb
Bu imkan İranın Venesuela və Liviya ilə birlikdə OPEC+ formatında neft hasilatının azaldılması razılaşmasından azad olması nəticəsində yaranıb.
Neft tankerlərinin təqibi şirkətlərinin və etibarlı qərb mediasının statistikasına görə, İranın gündəlik xam neft və qaz kondensatı ixracı da artaraq bu ilin may ayından etibarən sutkada 1,5 milyon barreldən çox olub.
İranın neft hasilatı və ixracının artmasına baxmayaraq, bu rəqəmlər hələ də ABŞ-nin sanksiyalarının tətbiqindən əvvəlki dövrdən xeyli aşağıdır. Belə ki, İranda sutkada 3,8 milyon barrel xam neft hasil olunan vaxtlarda, xam neft və qaz kondensatının ümumi ixracı 2,5 milyon barrel təşkil edirdi.
İranın neft ixracının həcmi ötən illə müqayisədə 50% artsa da, hazırda dünya bazarlarında neftin qiyməti həmin dövrdəki məzənnə ilə müqayisədə təxminən 33% azalıb.
AzVision.az