Orban Ukraynanı şantajda ittiham edib

   Orban Ukraynanı şantajda ittiham edib
  14 İyul 2023    Oxunub:1009
Macarıstanın baş naziri Viktor Orban Ukraynanın yardım tələblərini şantaj və aqressiv hücumlar adlandırıb.
Bu barədə “Kossuth” radiosu məlumat yayıb. Böyük Britaniyanın müdafiə naziri Ben Uolleslə Ukrayna prezidenti Volodimir Zelenski arasında baş verən mübahisəni şərh edən Orbn deyib:

“Böyük Britaniyanın müdafiə naziri Ukraynanın ünsiyyət və bəyanat tərzinə öyrəşməyib. Əgər çətinlik çəkirsinizsə və kömək istəsəniz, özünüzü layiqli aparın - ən azı Macarıstanda belə düşünürlər. Bu, ukraynalılarla işləmir. Ukraynalılar əslində aqressiv tələbkarlıq nümayiş etdirirlər, mənəvi şantajdan və daha çox şeydən istifadə edirlər”.

Orban qeyd edib ki, Macarıstan Rusiyaya qarşı silahlı münaqişəyə girmək istəmədiyi üçün mövqe tuta və Ukraynanın mövqeyini qəbul edə bilməz.

AzVision.az


Teqlər:





Xəbər lenti