İranda Kürdüstan Demokrat partiyasının daha bir üzvü qətlə yetirilib

İranda Kürdüstan Demokrat partiyasının daha bir üzvü qətlə yetirilib
  14 İyul 2023    Oxunub:993
İrandakı teokratik rejimin etnik azllıqlar qarşı mürtəce siyasəti bir çox hallarda siyasi fəalların və insanların qətlə yetirilməsi ilə nəticələnir.
AzVision.az İranın Kürdüstan Demokratik partiyasının məlumatına istinadən bildirir ki, bu siyasi partiyanın daha bir üzvünə qarşı İran agentləri tərəfindən sui-qəsd törədilib.

“İran Kürdüstan Demokratik partiyasının üzvü, Üşnəviyyə şəhərinin sakini Siyamənd Şabuyi Ərbil vilayətinin bir hissəsi olan Bəhrəkə şəhərində İran rejiminin terrorçuları tərəfindən qətlə yetirilib. Demokratik Partiya təşkilatının mərkəzi onun ailəsinə başsağlığı verir və İran rejiminin bu terror aktını pisləyir”, - bəyanatda deyilir.

İran Kürdüstan Demokratik partiyası İraq Kürdüstanı regional rəhbərliyi və insan haqları təşkilatlarından təzyiq yaratmaqla İranın terror aktlarının qarşısını almağı tələb edib.

Qeyd edək ki, bu, son bir həftədə bu qəbildən olan üçüncü sui-qəsddir. Bir həftə əvvəl İran Kürdüstan Demokratik partiyası İraqın Kürdüstan bölgəsindəki iki hərbçisinin—Loğman Aci və Adil Mühacirin İran agenti tərəfindən öldürüldüyünü açıqlamışdı.

Ötən il isə bu partiya İrandakı ümummilli etirazlar zamanı SEPAH-ın hücumlarının hədəfi olub. Həmçinin, İran son illərdə bu partiyanın və İraqın Kürdüstan bölgəsindəki digər kürd qruplaşmalarının mövqelərini dəfələrlə bombalayıb.
AzVision.az


Teqlər: İran   qətllər  





Xəbər lenti