İranda bəhailərin təqibi davam edir
Təhlükəsizlik qüvvələri Şəhram Fəllah adlı şəxsin evinə gələrək, onu və qonaqlarını həbs ediblər. Bu şəxslərin ittihamı və harada olması barədə məlumat yoxdur.
2022-ci ildə beynəlxalq insan haqları təşkilatlarının çoxsaylı hesabatlarında İranda bəhailərə qarşı təqiblərin hökumətin “təşviqi” ilə genişləndiyi və İran mediasında Bəhailiyə qarşı təbliğatın davam etdiyi vurğulanıb.
ABŞ Dövlət departamentinin illik insan haqları və Dini Etiqad azadlıqları komissiyasının son hesabatlarıında İranda bəhailərin ən elementar hüquqlarının davamlı şəkildə pozulması hakimiyyətin “məqsədli” yanaşmasının tərkib hissəsi və “xüsusi narahatlıq” kimi qiymətləndirilib.
AzVision.az