Moldovada üç nazir istefa verib

   Moldovada üç nazir istefa verib
  14 İyul 2023    Oxunub:829
Moldova Daxili İşlər Nazirliyinin rəhbəri Anna Revenko Kişinyov hava limanında baş verən atışma ilə bağlı insidentdən sonra istefa verib.
O, 2021-ci il avqustun 6-dan respublikanın daxili işlər naziridir. Moldovanın baş naziri Dorin Reçan keçirdiyi brifinqdə bildirib ki, infrastruktur naziri Lilia Dabiji və təhsil və araşdırma naziri Anatoli Topale da istefa verib.

Bundan əvvəl Moldova Daxili İşlər Nazirliyinin Baş Polis Müfəttişliyinin rəisi Viorel Cernautsanu məlumat verib ki, Kişinyov hava limanında iki nəfəri güllələyən Rüstəm Aşurov 7 il Tacikistanın Daxili İşlər Nazirliyində çalışıb.


AzVision.az


Teqlər:





Xəbər lenti