Pakistanda idarəetmə gələn ay müvəqqəti hökumətə veriləcək

Pakistanda idarəetmə gələn ay müvəqqəti hökumətə veriləcək
  13 İyul 2023    Oxunub:1379
2023-cü ilin avqustunda Pakistanda koalisiya hökuməti mandatını başa vuracaq. Bunda sonra ölkənin idarə olunması məsuliyyəti müvəqqəti hökumətə təhvil veriləcək.
AzVision.az xəbır verir ki, bunu Pakistanın baş naziri Şahbaz Şərif deyib.

Şərif ümumi seçki tarixinin Seçki Komissiyası tərəfindən elan ediləcəyini və seçkilərin 2023-cü ilin oktyabr və ya noyabrında keçiriləcəyini bildirib.

Qeyd edək ki, Pakistanda ümumi seçkilər Milli Assambleyanın müddəti bitdikdən sonra 60 gün ərzində keçirilir. Amma hökumət Milli Assambleyanı səlahiyyət müddəti bitmədən buraxarsa, parlamentin buraxılmasından sonra 90 gün ərzində ümumi seçkilər keçirilir.

Koalisiya hökuməti daha əvvəl ümumi seçkilərin və əyalət seçkilərinin 8 oktyabr 2023-cü ildə eyni gündə keçiriləcəyini açıqlamışdı.

Xatırladaq ki, Pakistanda sonuncu ümumi seçkilər 25 iyul 2018-ci ildə keçirilib və İmran Xan hökuməti vəzifəyə başlayıb.

10 aprel 2022-ci ildə Pakistan parlamentində keçirilən etimadsızlıq səsverməsində İmran Xan hökuməti 174 "yox" səsi ilə geriləyib.

2022-ci il aprelin 11-də TBMM-də keçirilən seçkidə ölkədə üç müddət baş nazir olmuş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 174 səslə mütləq əksəriyyətin dəstəyi ilə baş nazir seçilib.

AzVision.az


Teqlər:





Xəbər lenti