Rusiyada nazir müavini rüşvətə görə saxlanılıb

Rusiyada nazir müavini rüşvətə görə saxlanılıb
  13 İyul 2023    Oxunub:1080
Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi informasiya vasitələri nazirinin müavini Maksim Parşin saxlanılıb.
AzVision.az Rusiya İstintaq Komitəsinə istinadən xəbər verir ki, o, rüşvət almaqda şübhəli bilinir.

"Rəqəmsal inkişaf, rabitə və kütləvi informasiya vasitələri nazirinin müavini Maksim Parşin Rusiya İstintaq Komitəsinin istintaq orqanları tərəfindən saxlanılıb. O, korrupsiya cinayəti törətməkdə şübhəli bilinir", - Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

Qeys edək ki, 2018-ci il avqustun 16-da Baş nazir Dmitri Medvedev Parşini Rusiyanın rəqəmsal inkişaf nazirinin müavini təyin edib.

AzVision.az


Teqlər:





Xəbər lenti