Dünya Çempionatı Rusiya və Qətərdən alına bilər
“Bizim səsvermədə qalib gəlmək şanslarımız yox idi, çünki seçkilər korrupsiyalaşdırılıb. Biz aydınlaşdırdıq ki, Qətər bu hüququ qeyri-təmiz yolla əldə edib və əgər bu belədirsə, onda mən əminəm ki, Rusiyada bu hüququ məhz belə əldə edib”, – deyə Böyük Britaniyanın sabiq idman naziri Cerri Satkliff bildirib.
Qeyd edək ki, FİFA-nın İdarə Heyətinin keçmiş üzvü qətərli Məhəmməd Bin Həmmamın ölkəsinin namizədliyinin qeydə alınması üçün futbol rəsmilərinə beş milyon dollar rüşvət verib.
Eldar Tanrıverdiyev
AzVision.az