Paşinyan Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edib
Bildirilib ki, telefon danışığı zamanı liderlər Türkiyə ilə Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər. Bu kontekstdə onlar diplomatik pasport sahibləri və üçüncü ölkə vətəndaşları üçün quru sərhədin açılması haqqında sazişin icrasına da toxunublar.
Qeyd edək ki, 1993-cü ildə Azərbaycan torpaqlarını işğal etdiyi üçün Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr kəsilib. Türkiyənin təşəbbüsü ilə sərhədlər də bağlanıb.
Teqlər: