Blinken: "Dialoq davamlı sülhün açarıdır"

      Blinken:    "Dialoq davamlı sülhün açarıdır"
  27 İyun 2023    Oxunub:1039
"Biz uzunmüddətli və layiqli razılığın əldə olunması üçün Ermənistan və Azərbaycanın birgə fəaliyyətini dəstəkləyirik".
AzVision.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken tviterdə yazıb.

"Dialoq davamlı sülhün açarıdır", - Blinken qeyd edib.

Qeyd edək ki, iyunun 27-də ABŞ-ın dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə ikitərəfli görüşlər keçirib. Daha sonra Blinken iki ölkənin xarici işlər nazirləri ilə görüşüb.

Danışıqlar iyunun 29-dək davam edəcək.



AzVision.az



Teqlər:





Xəbər lenti