Lukaşenko təsdiqlədi: "Priqojin Belarusdadır"

   Lukaşenko təsdiqlədi:   "Priqojin Belarusdadır"
  27 İyun 2023    Oxunub:972
Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin Belarusda olduğunu təsdiqləyib.
AzVision.az Belarus KİV-inə istinadən xəbər verir ki, Lukaşenko Y. Priqojinin dəqiq yerini açıqlamayıb:

Priqojinin təyyarəsi Belarusda eniş edib
“Bəli, doğrudan da, Priqojin bu gün Belarusdadır”.

A.Lukaşenko Y.Priqojinin Belarus ordusuna təsiri olmayacağına əminliyini ifadə edib.

Belarus lideri həmçinin qeyd edib ki, "Əgər Rusiyada "Vaqner" Özəl Hərbi Şirkətinin hərəkətləri ucbatından iğtişaşlar baş versəydi, növbəti hədəf Belarus olacaqdı".

O əlavə edib ki, Rusiya hakimiyyəti tərəfindən verilən təhlükəsizlik zəmanətləri yerinə yetirilib. Aleksandr Lukaşenko, həmçinin, təsdiqləyib ki, bir müddət ölkədə qalmaq istəyən “vaqnerçi”lərə kömək etməyə hazırdır.

AzVision.az



Teqlər:   Belarus   Priqojin  





Xəbər lenti